Bakılılar III təsnifat mərhələsində Gürcüstanın "Çixura" komandası ilə görüşəcək
Bakının "Neftçi" futbol klubu Avropa Liqasının II təsnifat mərhələsinin oyunları çərçivəsində Sloveniyanın "Koper" komandasını 2:0 udaraq növbəti mərhələyə vəsiqə qazanıb. İkinci qolu sloveniyalıların qapısından 84-cü dəqiqədə Karlos Alexandre Kardoso keçirib.
Qeyd edək ki, oyunun 51-ci dəqiqəsində hakim yerli komandanın oyunçusu Jaka Stromajerə qırmızı vərəqə göstərib.
Məlumata görə, "Neftçi" "Çixura" (Gürcüstan) - "Bursaspor" (Türkiyə) cütünün qalibi olan "Çixura" ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB