"Baku Cup 2014"də komanda yarışlarında daha bir yarımfinalçı müəyyənləşib. Bu növdə turnirin 1 nömrəli favoriti hesab edilən gürcüstanlı Oksana Kalaşnikova və ukraynalı Olqa Savçukun komandası Nigina Abduraimova (Özbəkistan) və Alyona Fomina (Ukrayna) cütlüyünə qarşı mübarizə aparıb.
Favorit cütlük matçda başdan sona qədər üstün oyun keçiriblər. Oyunun taleyi bir saat ərzində müəyyənləşib. İlk seti 6:3, ikinci seti də 6:2 qazanan O.Kalaşnikova və O.Savçuk matçdan da 2:0 hesablı qələbə ilə ayrılıblar.
Bu qələbə ilə yarımfinala yüksələn bu cütlüyün növbəti rəqibi Katerina Bondarenko (Ukrayna) və Nikol Meliçar (ABŞ) cütlüyü olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB