“Baku Cup 2014”də ilk yarımfinalçı məlum olub

"Baku Cup 2014"də komanda yarışında dörddəbir finalın ilk matçı keçirilib. Səkkizdəbir finalda Aleksandra Panova (Rusiya) və Xiter Uatson (İngiltərə) dueti Katerina Bondarenko (Rusiya) və Nikol Meliçar (ABŞ) cütlüyü ilə qarşılaşıb.

İlk setdə rəqiblər bir-birilərinə qarşı ciddi üstünlük qura bilməyiblər. Buna görə də setin qalibi tay-breykdə müəyyənləşib. Tay-breykdə daha az səhvlə oynayan A.Panova və X.Uatson ilk seti 7:6 qazanıblar. İkinci set də üstün olan A.Panova və X.Uatson cütlüyü 6:4 hesabı ilə qalib gəliblər.

Beləliklə, matçdan 2:0 qalib ayrılan Aleksandra Panova və Xiter Uatson yarımfinala yüksəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə