İki boksçumuz medalı təmin etdi

İki boksçumuz medalı təmin etdi

İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub. SİA-nın məlumatına görə, milli komandamızın iki üzvü - Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər. M. Cəbrayılova ¼ finalda irlandiyalı Klara Şheedi üzərində qələbə qazanıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək.

A. Hacıyeva isə finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq.

Digər boksçumuz Aliyə Vəlizadə (54 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Yarımfinal görüşləri iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə