"Baku Cup 2014" turnirində israilli Şayar Peyer növbəti mərhələyə yüksəlib. Mərkəzi kortda israilli Şayar Peyer ilə serbiyalı Vesna Dolonts arasındakı qarşılaşmanı Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov da izləyib.
Görüşdə qalib iki saatlıq gərgin mübarizədən sonra müəyyənləşib. İlk set Ş.Peyerin 3:0 hesablı üstünlüyü ilə başlasa da ardıcıl xallar qazanan V.Dolonts seti öz xeyrinə başa vurmağa müvəffəq olub – 6:3. İkinci setə inamlı başlayan Ş.Peyer bu dəfə üstünlüyü əldən verməyib. O, seti 6:2 qazanaraq ümumi hesabı bərabərləşdirib - 1:1. Gərgin keçən üçüncü setdə isə israilli tennisçi 6:3 hesablı qələbə qazanaraq dörddəbir finala yüksəlib.
Növbəti mərhələdə onun rəqibi Sorana Cirstea - Ştefani Föqele qarşılaşmasının qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB