“Sumqayıt” Batuminin “Dinamo” kollektivi ilə heç-heçə oynayıb

“Sumqayıt” Batuminin “Dinamo” kollektivi ilə heç-heçə oynayıb

Topaz Premyer Liqasının yeni mövsümünə hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" futbol komandası qardaş ölkədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Batumi "Dinamo"su ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Hücumçu Məhəmməd Qurbanov bu qarşılaşmada dubl edib.

Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor" komandasına 1:0 hesabı ilə qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə