Vüqar Həşimovun abidəsinin açılışı olacaq

Vüqar Həşimovun abidəsinin açılışı olacaq

İyulun 24-də görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnir start götürəcək. SİA-nın məlumatına görə, təşkilatçılar Vüqar Həşimov Memorialı uşaq turnirinin açılış mərasimini şahmatçımızın doğum günündə keçirməyi qərara alıblar. İyulun 24-də Vüqarın 28 yaşı tamam olur. Beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər olkələrdən iştirakçılar olacaq.

Sabah saat 11-də II Fəxri Xiyabanda görkəmli şahmatçımız Vüqar Həşimovun abidəsinin açılışı olacaq. Bundan dərhal sonra isə saat 12-də "Excelsior Bakı" otelində turnirin rəsmi açılış mərasimi baş tutacaq. Həmin gün ilk turun oyunları keçiriləcək. Turnir avqustun 1-də başa çatacaq.

Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak edəcəyi Vüqar Həşimov Memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaqlar. Qalib şahmatçı eyni zamanda Vüqar Həşimov Kuboku ilə mükafatlandırılacaq, gümüş medalçı Baku Open turnirinə dəvət alacaq, bürünc medalçı isə Naxçıvan Opendə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə