Təmsilçimiz Almaniya - Serbiya oyununda

FIFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. SİA-nın məlumatına görə, bu gün keçiriləcək Almaniya - Serbiya qarşılaşmasının yan xətt hakimlərindən biri Y.Abbasov olacaq. Oyunu ispaniyalı FIFA referisi Javier Estrada Fernandez idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Stephan Klossner (İsveçrə) olacaq.

Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə