“İnter” – “Elfsborq” oyununun hakimləri kim olacaq?

“İnter” – “Elfsborq” oyununun hakimləri kim olacaq?

UEFA Avropa Liqasında çıxış edən Azərbaycan təmsilçisi "İnter" klubunun ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaya hakimlər təyin olunub. İyulun 24-də "Şəfa" stadionunda saat 21:00-da başlayacaq "İnter" (Azərbaycan) – "Elfsborq" (İsveç) oyununu Bolqarıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Görüşün baş hakimi Stanislav Todorov olacaq. Ona həmyerliləri İvo Kolev, Martin Venev və Nikolay Yordanov kömək edəcəklər. Matçda UEFA nümayəndəsi Krouford Uilson (Şimali İrlandiya), hakim-inspektor isə Qudmunder İnqi Jonsson (İslandiya) olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə