Çimərlik futbolu üzrə millimizin rəqibləri müəyyənləşib

Çimərlik futbolu üzrə millimizin rəqibləri müəyyənləşib

2015-ci ildə Portuqaliyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası İspaniya, Çexiya və Bolqarıstan yığmaları ilə birgə "C" qrupunda mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları sentyabrın 4-dən 14-dək İtaliyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə