Azərbaycanlı tennisçi məğlub oldu

Azərbaycanlı tennisçi məğlub oldu

"Baku Cup 2014"də cütlüklərin (doubles) yarışı başlanıb. Cütlüklərin ilk matçında azərbaycanlı tennisçi, 17 yaşlı Nəzrin Cəfərova gürcüstanlı komanda yoldaşı, 19 yaşlı Tamari Çalaqanidze ilə Oleksandra Koraşvili (Ukrayna)-Tereza Martinkova (Çexiya) cütlüyünə qarşı oynayıblar.

N.Cəfərovanın komandası bu matçda rəqiblərinə ciddi müqavimət göstərə bilməyib. Hər iki seti 6:0 hesablı qələbə ilə bitirən O.Koraşvili-T. Martinkova cütlüyü matçdan 2:0 qalib ayrılıb.

Nəzrin Cəfərova təklərin yarışında (singles) isə ilk matçına iyulun 22-də çıxacaq. Onun rəqibi slovakiyalı Cana Çepelova olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə