Qadın güləşçilər beynəlxalq turnirə Kiyevdə hazırlaşır

Qadın güləşçilər beynəlxalq turnirə Kiyevdə hazırlaşır

25-27 iyul 2014-cü il tarixində Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Qadın güləşi üzrə yığma komandamız iyulun 9-dan etibarən Ukraynanın paytaxtı Kiyevdə yerləşən "Konça Zaspa" təlim-məşq bazasında həmin ölkənin komandası ilə birgə təlim-məşq toplanışına başlayıb.

Yığma komandanın baş məşqçisi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 7 güləşçi cəlb olunub.

Mariya Stadnik (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Gözəl Zutova və Nadya Sementsovanın (hər ikisi 69 kq) iştirak etdiyi təlim-məşq toplanışı iyulun 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə