AZAL 7-ci transferini rəsmiləşdirdi

AZAL 7-ci transferini rəsmiləşdirdi

Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib. SİA-nın məlumatına görə, daha öncə Asif Mirili və Stanislav Namaşko ilə 2 illik müqaviləyə bağlayan, Novruz Məmmədov və Orxan Lalayevi "Rəvan"dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə "Qarabağ"dan icarəyə götürən komanda 7-ci transferini gerçəkləşdirib. Honduraslı yarımmüdafiəçi Luis Ramos bundan sonra "təyyarəçilər"in şərəfini qoruyacaq.

Tam adı Luis Arkanxel Ramos Kolon olan xavbek münasibətləri rəsmiləşdirdikdən sonra klubun rəsmi saytına fikirlərini bildirib: "Hər iki tərəf üçün uğurlu olacağına inanıram. Məqsədim özümü yaxşı tərəfdən göstərərək yenidən Honduras millisindən dəvət almaqdır. AZAL-da yeni komanda formalaşır. Əlimdən gələni edəcəyəm ki, komandamız çempionatda uğurlu çıxış etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə