Növbəti mövsümdə futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparacaq "Rəvan" futbol klubu Qusarın "Şahdağ" kollektivi ilə yoldaşlıq oyunu keçirib. "Bayıl Arena"da keçirilən matçın ilk hissəsində paytaxt klubu üstün oyun nümayiş etdirib. "Rəvan" komandası ilk yarıda Əli Əliyev və Amil Yunanovun vurduqları qollarla hesabda önə keçib. Amma komanda qələbə hesabını qoruya bilməyib.
İkinci hissədə təşəbbüsü ələ alan qusarlı futbolçular ardıcıl iki qol vurmaqla hesabı bərabərləşdiriblər.
Yoldaşlıq matçı 2:2 hesabı ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB