“Baku Cup-2014” beynəlxalq tennis turniri başlayır

“Baku Cup-2014” beynəlxalq tennis turniri başlayır

İyulun 20-dən 27-dək qadınlar arasında WTA "Baku Cup-2014" turniri keçiriləcəkdir. Əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparacaqdır.

"WTA Tour"un rəhbərliyi ilə keçirilən "Baku Cup" turnirinin mükafat fondu bu il 250 min ABŞ dollarıdır.

2011-ci ildən başlayaraq hər il keçirilən "Baku Cup" turnirləri müddətində Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravan Rezai, Boyana Yovanovski, Elina Svitolina kimi tennis ulduzları ölkəmizin qonağı olublar. "Baku Cup-2012" və "Baku Cup-2013" turnirlərinin qalibləri Boyana Yovanovski və Elina Svitolinanın bu il də turnirdə güclərini sınayacaqları gözlənilir.

Ölkəmizi isə "Baku Cup-2013" turnirində olduğu kimi, gənc tennisçimiz Nəzrin Cəfərova və ilk dəfə turnirə qoşulacaq Züleyxa Səfərova təmsil edəcəklər.

Oyunlar Bakı Tennis Akademiyasının (BTA) 4 kortunda keçiriləcək. Final oyunu isə iyulun 27-də 3 min tamaşaçı tutumuna malik mərkəzi kortda keçiriləcək.

Oyunlar yerli və xarici idman kanallarında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə