Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL qardaş ölkədə ilk yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, Qızılcahamam stadionunda İranın U-21 milli komandası ilə qarşılaşan "təyyarəçilər" heç-heçə ediblər.
Baş məşqçinin düşərgədə olan yeni futbolçuları sınadığı görüşdə iranlılar 2 qolla üstünlük əldə etsə də, komandamız bərabərliyə nail olub. AZAL-ın qollarını 38-ci dəqiqədə baxışda olan Cimmi Duqlas və 53-cü dəqiqədə kapitan Rəşad Abdullayev vurub.
Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Stanislav Namaşko (Ruslan Məcidov, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 60), Tural Nərimanov (Kərim Diniyev, 46), Oskar Klyava, Xuanfran (Şəhriyar Rəhimov, 46), Luis Ramos, Xuanxo Pereyra, Rəşad Abdullayev (Orxan Səfiyaroğlu, 60), Everton Fernando Gilio (Viktor İbekoyi, 46), Qaqe Lusian Petre (Tomi Kostadinov, 46), Cimmi Duqlas (Yosip Maroşeviç, 46, Enrike Kordoba, 74).
Qeyd edək ki, komanda növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək. Rəqib Türkiyə Superliqasının təmsilçisi "Mersin İdman Yurdu" olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB