Pavol Farkaş: "Hazırlıq prosesinin sonunadək komplektləşmiş komanda olacağıq"
"Qəbələ"nin yeni futbolçusu slovakiyalı Pavol Farkaş Hollandiya toplanışı çərçivəsində keçirilən "AFC Arnem" - "Qəbələ" (0:4) matçında ilk dəfə komandasının heyətində meydançaya çıxıb. SİA-nın məlumatına görə, qarşılaşmanın ardından müdafiəçi fikirlərini bildirib: "Hollandiyada ilk oyunumuzu keçirdik. Bu, mənim üçün "Qəbələ"nin heyətində ilk oyunum kimi əlamətdar oldu. Komandamızda yeni futbolçular çoxdur. Meydançada bir-birimizi anlamağa, uyğunlaşmağa çalışırıq. Toplanış çərçivəsində daha 3 oyunumuz var. Bu oyunlarda problemlərimizi görəcəyik və onları Premyer Liqanın startına kimi aradan qaldırmağa çalışacağıq. Hazırlıq prosesinin sonunadək komplektləşmiş komanda olacağıq. Məşqlərimiz çox ciddi və maraqlı keçir. Hamı həvəslidir. Çempionata yaxşı başlamaq istəyirik. Çünki yaxşı başlanğıc gözəl nəticələrin davam etməsi üçün çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB