Sloveniya toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxan "Xəzər Lənkəran" meydandan qələbə ilə ayrılıb. SİA-nın məlumatına görə, komanda Latviya təmsilçisi "Yurmala" ilə qarşılaşıb.
Start fiti səsləndikdən az sonra "Xəzər Lənkəran" erkən qola imza atıb. Fernando Qabriel cərimə zərbəsindən birbaşa uzaq küncü dəqiq nişan alıb. Qoldan sonra ilk hissənin 30 dəqiqəsi nəzərə alınmaqla ərazi üstünlüyü "Xəzər Lənkəran"ın tərəfində olsa da, birinci hissədə hesab dəyişməyib. İlk hissənin sonuna doğru rəqib komanda fəallaşıb və nisbətən daha kəsərli hücumlar qurub.
İkinci hissədə baş məşqçi Oğuz Çətin əvəzetmələr həyata keçirib. İlk hissənin sonundakı fəallığını ikinci yarıda da davam etdirən rəqib 57-ci dəqiqədə hesabı bərabərləşdirib. Georgi Diaşvili meydandakı fəallığını qolla tamamlamağı bacarıb. Lakin qoldan sonra soyuqqanlı görsənən "Xəzər Lənkəran" rəqibi tamamən qapısına doğru sıxışdırmağa başlayıb. Nəticədə 75-ci dəqiqədə Rauf Əliyev və iki dəqiqə sonra Rəşad Sadiqov fərqlənməklə yekun nəticəni müəyyənləşdiblər - 3:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB