Dünya kuboku və Avropa çempionatı ərəfəsində çıxışlarını davam etdirən velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası İtaliyada birinci kateqoriyalı "Giorni delle Rose" kubokunda iştirak edib. SİA-nın məlumatına görə, yığma komandamızın üzvü Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında bütün rəqiblərini geridə qoyaraq turniri 1-ci pillədə başa vurub və reytinqinə 80 xal əlavə edib. Olqa keyrində də uğurla çıxış edərək 2-ci yeri tutub və reytinqini daha 72 xal artırıb.
Digər velosipedçimiz Yelena Pavluxina sketç üzrə yarışlarda 26 idmançı arasında 12-ci nəticə göstərib.
Kişilər arasında sprint yarışlarında isə yığma komandamızın üzvü Sergey Omelçenko 34 nəfər arasında 7-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB