Bakı dünya Olimpiya təsnifat turnirini qəbul edəcək!

Bakı dünya Olimpiya təsnifat turnirini qəbul edəcək!

Türkiyənin İstanbul şəhərində təşkil olunan AİBA İcraiyyə Komitəsinin iclasında 2015 və 2016-cı ildə keçiriləcək bir çox mötəbər boks yarışlarını qəbul edəcək ölkələrin adlarına aydınlıq gəlib. SİA-nın məlumatına görə, gizli səsvermə nəticəsində 2016-cı ildə Rio de Janeyro Olimpiadasına vəsiqə verən dünya Olimpiya təsnifat turnirinin Bakıda keçiriləcəyi müəyyənləşib. Toplantıda ölkəmizi Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov təmsil edib.

Qeyd edək ki, 2011-ci ildə paytaxtımızda təşkil olunan boks üzrə dünya çempionatı da London Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Bakı turniri Braziliya Olimpiadasına lisenziya verecək son boks yarışı olacaq.

Digər yarışların keçiriləcəyi şəhərlər

Sankt Peterburq – 2015-ci il yeniyetmələr arasında dünya birinciliyi

Taypey – 2015-ci il yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi

Astana – 2016-cı il qadınlar arasında dünya çempionatı

Yaunde (Kamerun) – 2016-cı il Afrika Olimpiya təsnifat turniri

Buenos-Ayres – 2016-cı il Amerika Olimpiya təsnifat turniri

Qianyan (Çin) – 2016-cı il Asiya və Okeaniya Olimpiya təsnifat turniri

Sankt-Peterburq – 2016-cı il gənclər arasında dünya birinciliyi

İstanbul – 2016-cı il Avropa Olimpiya təsnifat turniri

Bakı – 2016-cı il dünya Olimpiya təsnifat turniri

Bütün xəbərlər Facebook səhifəmizdə