Ramin Musayev: "Gəlin, əlimizi üzməyək"

Ramin Musayev: "Gəlin, əlimizi üzməyək"

"Avrokuboklarda iştirak edən komandalarımıza uğurlar arzu edirəm". SİA-nın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, "Neftçi"nin Sloveniya "Koper"inə məğlubiyyətindən də danışıb: "Neftçi"nin oyunundan narahat olmağa dəyməz. "Neftçi" səfərdə öz sözünü deməyi bacarır. Gəlin, əlimizi üzməyək. "Qarabağ" və "İnter"in ardınca "Neftçi"nin də bizi sevindirəcəyinə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə