Aprel və may aylarının ən yaxşıları açıqlandı

Aprel və may aylarının ən yaxşıları açıqlandı

Topaz Premyer Liqasında 2013/2014 mövsümünün aprel və may aylarının ən yaxşı futbolçularının adları açıqlanıb. SİA-nın məlumatına görə, "İnter"in yarımmüdafiəçisi Derlis Meza Kolli aprel ayının, "Qarabağ"ın hücumçusu Reynaldo isə may ayının ən yaxşı oyunçusu seçilib.

Aprel ayında ən yaxşı qolun müəllifi "Qarabağ"dan Riçard Almeyda olub. May ayında vurulmuş ən gözəl qolun müəllifi isə "Xəzər Lənkəran"dan Sadio Tounkaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə