İyulun 25-dən 27-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.
Sərbəst güləş üzrə ölkə yığma komandası hazırlığın ilk mərhələsini Xaçmaz Olimpiya İdman Kompleksində keçirib. Hazırda isə təlim-məşq toplanışı paytaxtda, Olimpiya Güləş Mərkəzində davam etdirilir. Turnirə səylə hazırlaşan komandamızın üzvləri ilə yanaşı, hazırlıq prosesində ABŞ-ın sərbəst güləşçiləri də iştirak edir. Bu gün pəhləvanlarımızın mətbuat üçün açıq məşqi keçirilib.
İdmaçılar ilk olaraq isinmə hərəkətlərini yerinə yetiriblər. Daha sonra fiziki və taktiki tapşırıqlar üzərində çalışan güləşçilər məşq xarakterli görüşlər keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB