"Olimpiya çempionu Toğrul Əsgərov diz nahiyəsindən əməliyyat olunub. Onun əməliyyatı Türkiyədə həyata keçirilib. Güləşçimiz hazırda reabilitasiya prosesi keçir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov deyib. O, idmançımızın federasiya rəhbərliyinin diqqət və nəzarətində olduğunu bildirib.
Federasiya rəsmisinin sözlərinə görə, digər olimpiya çempionumuz Şərif Şərifov isə hazırlığını davam etdirir: "Ş. Şərifov hazırda təlim-məşq toplanışındadır. O, "Qızıl Qran Pri" beynəlxalq turnirində iştirak edəcək.
Yarışa yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov, Emin Əhmədov, Həsən Əliyev kimi titullu idmançılarımız qatılacaq. Onların bu yarışda çıxışı sentyabrda keçiriləcək dünya çempionatına bir növ hazırlıq prosesi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB