"Forbes" jurnalı dünyanın ən dəyərli 50 klubunun adını açıqlayıb. Siyahıda ilk pillədə son Çempionlar Liqası çempionu "Real Madrid" qərarlaşıb. "Real Madrid"in dəyəri 3,44 milyard dollar olaraq hesablanıb.
Siyahının ikincisi "Real Madrid"in əzəli rəqibi "Barselona"dır. Kataloniya klubunun dəyəri isə 3,2 milyard dollardır.
"Mançester Yunayted" 2,81 milyard dollarlıq dəyəri ilə üçüncü pillədədir.
Siyahıda 4-cü yerdə Amerika Beyzbol Liqası komandalarından "Nyu York Yankis" komandası yer alıb. "Yankis"in dəyəri 2,5 milyard dollar olaraq ifadə edilib.
"Forbes" jurnalının araşdırmasında "Dallas Cowboys (2,3 milyard), "Bavariya" (1,85 milyard), "Nyu York Kniks" (1,4 milyard) klubları iri büdcələri ilə yuxarı pillələrdə yer tapıblar.
İlk 50 arasında futbol komandalarından "Arsenal", "Çelsi", "Mançester Siti" və "Milan" da yer tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB