Azərbaycan yığması reytinq cədvəlində on pillə irəliləyib

Azərbaycan yığması reytinq cədvəlində on pillə irəliləyib

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Braziliyada keçirilən XX dünya çempionatından sonra siyahıda ciddi dəyişikliklər olub.

Azərbaycan yığmasının da mövqeyi dəyişib. Ötən ay 83-cü yerdə qərarlaşan komandamız tarixinin ən yaxşı nəticəsi olan həmin göstəricini daha da yaxşılaşdırıb. Millimiz bu dəfə on pillə irəliləyib. 410 xalla 73-cü pillədə qərarlaşan seçməmiz Makedoniya, Kabo-Verde, Avstraliya, Zambiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Anqola, Belarus, Konqo və Yamaykanı arxada qoyub.

Cədvəldə ilk onluq belədir: Almaniya (1724 xal), Argentina (1606 xal), Hollandiya (1496 xal), Kolumbiya (1492 xal), Belçika (1401 xal), Uruqvay (1330 xal), Braziliya (1241), İspaniya (1229 xal), İsveçrə (1216), Fransa (1202 xal).

Bütün xəbərlər Facebook səhifəmizdə