Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" oyununa artıq 4000-dən çox bilet satılıb. SİA-nın məlumatına görə, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB