Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. SİA-nın xəbərinə görə, ilk oyunlar çərçivəsində 12 qarşılaşma baş tutub.

Bu qarşılaşmalarda qapılara 18 qol vurulub.

Moldova çempionu "Şerif" bir neçə gün əvvəl "İnter"in oynadığı Tiraspol şəhərində Monteneqronun "Sutyeska" klubu üzərində inamlı qələbə qazanıb. Bu görüşdə hesabı açan oyunçu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Andrey Mureşan olub. O, "Şerif"dəki ilk rəsmi matçında fərqlənib.

Gecənin ən bol qollu matçı Çexiyanın paytaxtı Praqa baş tutub. "Sparta" "Levadiya"nın daşını daş üstdə qoymayıb – 7:0. Qollardan beşini Çexiya yığmasının hücumçusu David Lafata vurub.

İlk oyunlar çərçivəsində baş tutacaq digər 5 qarşılaşma bu gün keçiriləcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi

15 iyul

"Valletta" (Malta) - "QARABAĞ" (AZƏRBAYCAN) - 0:1

Qol: Çumbinyo, 17

"Slovan" (Slovakiya) - TNS (Uels) - 1:0

Qol: Çikoş, 52

Şerif" (Moldova) - "Sutyeska" (Monteneqro) - 2:0

Qollar: Mureşan, 71; İsa, 87

BATE (Belarus) - "Skenderbeu" (Albaniya) - 0:0

"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Slovaniya) - 0:0

"Rabotniçki" (Makedoniya) - HİK (Finlandiya) - 0:0

"Santa Koloma" (Andorra) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:1

Qol: Pritsa, 63

"Dinamo" (Xorvatiya) - "Jalgiris" (Litva) - 2:0

Qollar: Sudani, 58; Antoliç, 69

"Kliftonvill" (Şimali İrlandiya) - "Debretsen" (Macarıstan) - 0:0

"Partizan" (Serbiya) - "HB Torshavn" (Farer adaları) - 3:0

Qollar: Lazoviç, 14; 64; Şkuletiç, 71

"Sparta" (Çexiya) - "Levadiya" (Estoniya) - 7:0

Qollar: Lafata, 22; 44; 45 (penalti); 57; 60; Tipuriç, 55 (avtoqol); Prjikrıl, 84

"Reykyavik" (İslandiya) - "Seltik" (Şotlandiya) - 0:1

Qol: Makqreqor, 84

Bütün xəbərlər Facebook səhifəmizdə