DÇ-2014-də qara bazarda bilet satışının təşkilində şübhəli bilinən FİFA-nın biznes tərəfdaşı Rey Uilan Braziliya polisinə təslim olub.Uilan 4 gün idi ki, hüquq-mühafizə orqanlarından gizlənirdi.
Ötən həftə polis tərəfindən dindirilən və azadlığa buraxılan 64 yaşlı iş adamı günahsız olduğunu bildirib. Lakin Braziliya polisi beynəlxalq fırıldaqçılar qrupunun DÇ-2014-ün oyunlarına bilet satışından əldə etdiyi 90,5 milyon dollarda Uilanın da əlinin olduğunu iddia edir.
Qeyd edək ki, fırıldaqçıların son 16 ildə məhz bu sahədə ixtisaslaşdığı iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB