Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki əzəmətli abidəsi önündə məhəllə və mikrorayonların həvəskar şahmatçıları arasında şəhər çempionatının açılış mərasimi keçirilib. Sumqayıtın şahmat həvəskarlarının və şəhər sakinlərinin böyük sevincinə səbəb olan qədim oyunun yarışı şəhər icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunub.
AzərTAc xəbər verir ki, açılış mərasimdə şəhər rəsmiləri ilə yanaşı, qadınlar arasında şahmat üzrə dünya və Avropa çempionu, Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova da iştirak edib.
Tədbirə toplaşanlar qrossmeysterin həvəskar yeniyetmə uşaqlarla oyununu böyük maraqla izləyiblər.
İyulun 30–da başa çatacaq çempionatda uşaqlar, yeniyetmələr və gənclər, həmçinin orta və yaşlı nəslin nümayəndələri də iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB