Yunanıstanın Retimno şəhərində altıncı açıq beynəlxalq şahmat turniri davam edir. 4 turdan sonra 4 xal toplamış polyak Yasek Stopa turnirin yeganə lideridir. Doqquz iştirakçı liderdən yarım xal, 32 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysteri Azər Mirzəyev (2554) isə ondan bir xal geri qalır.
Beşinci turda ağ fiqurlarla oynayacaq həmyerlimizin rəqibi yunanıstanlı Nikolas Teodorou olacaq. Turnir ərzində A.Mirzəyev Hindistan, Moldova, Ukrayna, Rusiya, İtaliya, Serbiya, Polşa və başqa ölkələri təmsil edən şahmatçılarla qarşılaşacaq.
Turnirdə 150 şahmatçı, o cümlədən 15 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq. Yarışın ümumi mükafat fondu 5000 avroya bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB