Futzal üzrə Azərbaycan millisi reytinq cədvəlində 10-cu pillədədir

Futzal üzrə Azərbaycan millisi reytinq cədvəlində 10-cu pillədədir

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Cədvəldə dünyanın 151 yığması yer alıb. Bu komandalardan 101-i əsas siyahıya daxil edilib, 50-si isə son iki ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.

Hesabında 1391 xal olan Azərbaycan yığması siyahıdakı mövqeyini qoruyub. Millimiz ötən reytinq cədvəlində qərarlaşdığı 10-cu pillədədir.

Siyahıda ilk beşliyi Braziliya (1928 xal), İspaniya (1915 xal), İtaliya (1771 xal), Rusiya (1739 xal) və Argentina (1641 xal) tamamlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə