Serbiyalı məşqçi: "Azərbaycan güləşçiləri ilə birlikdə məşq etmək böyük təcrübədir"
İyulun 25-dən 27-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışda mübarizə aparacaq Serbiya millisi də hazırlıqlarını Bakıda Azərbaycan güləşçiləri ilə birlikdə davam etdirir.
Komandanın məşqçisi Stoyan Dobrev burada yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasına təşəkkürünü bildirərək deyib: "Burada özümüzü evdəki kimi hiss edirik. Son vaxtlar Azərbaycanda güləşin inkişafı göz qabağındadır. Azərbaycan pəhləvanları bütün turnirlərdə favorit qismində göstərilir. Bizim üçün Azərbaycan güləşçiləri ilə birlikdə məşq etmək böyük təcrübədir. Yeri gəlmişkən, üç il əvvəl də Bakıda olmuşdum. Bakı çox gözəlləşib. Deyərdim ki, indiyədək bu qədər gözəl şəhərdə olmamışdım".
Turnirinin final mərhələsində dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançının iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB