İyulun 15-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. AFFA-dan bildiriblər ki, baş katib millimizin üzvlərini Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş UEFA-nın inkişaf mini turnirində qalib gəlmələri münasibətilə təbrik edib, futbolçulara uğurlar arzulayıb.
Sonra xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən 20-dək Sarayevo keçirilmiş UEFA-nın inkişaf mini turnirində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub. Yığmamız ardıcıl olaraq Bosniya və Herseqovina komandasını 4:0, Makedoniya kollektivini 2:1, Monteneqro millisini isə 3:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB