Azərbaycan Sambo Federasiyasının yeni mətbuat katibi

Azərbaycan Sambo Federasiyasının yeni mətbuat katibi

"Azərbaycan Sambo Federasiyasi" İctimai Birliyinin İcraiyyə Komitəsinin qərarı ilə Nəzərov Bəhruz Əliövsət oğlu Federasiyanın Mətbuat Xidmətinin rəhbəri seçilib. SİA-nın xəbərinə görə, Bəhruz Nəzərov 1997-ci ildən KİV sahəsində çalışır.

1997-ci ildə "Space" MTRŞ-də müxbir vəzifəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov bir sıra elektron və yazılı KİV-lərdə şöbə müdiri, baş redaktor, icraçı direktorun müavini vəzifələrində çalışıb. O, eyni zamanda 2011-2012-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri olub. Bəhruz Nəzərov Azərbaycan Respublikasının əməkdar jurnalistidir.

Bütün xəbərlər Facebook səhifəmizdə