Plovdivdə şahmat üzrə qadınlar arasında keçirilən Avropa çempionatında 7-ci turun görüşləri başa çatıb. 7-ci turda Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə Fransa şahmatçısı Sofie Milliet üzərində qələbə qazanaraq 5 xalla 8-ci pilləyə yüksəlib.
Gülnar Məmmədova isə rusiyalı Diana Balenkanı məğlubiyyətə uğradıb. Bu turda Səbinə İbrahimova, Nərmin Xələfova və Nərmin Məmmədova da aktivlərinə 1 xal yazmağa nail olublar. Türkan Məmmədyarova, Nərmin Kazımova və Aytən Əmrayeva isə rəqibləri ilə xalları yarı bölüblər.
Beləliklə, 7 turdan sonra Günay Məmmədzadə 5, Gülnar Məmmədova 4,5, Abdulla Xəyalə, Türkan Məmmədyarova və Nərmin Kazımova 4, Səbinə İbrahimova və Nərmin Xələfova 3,5, Aytən Əmrayeva və Nərmin Məmmədova 3, Nərmin Söyünlü isə 1,5 xal toplayıblar.
Turnirin yeganə lideri 6,5 xalla Rusiya şahmatçısı Valentina Quninadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB