“Euronews" "Baku-2015" ilk Avropa oyunlarına həsr olunan süjet hazırlayıb FOTO
"Euronews" televiziya kanalı Kannda "Baku-2015" ilk Avropa oyunlarına həsr olunmuş qaçış haqqında süjet hazırlayıb.
SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, telekanalın reportajında qeyd edilir ki, Kannın Kruazet sahili Azərbaycan bayraqları ilə bəzədilmişdi. Videomaterialda deyilir: "Bu Qafqaz respublikasında ilk Avropa Olimpiya oyunlarına hazırlığın başlanması belə qeyd edilib. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-formal qaçış təşkil edilib".
Qaçışın qalibi - Nitsanın 25 yaşlı sakini Maksans Vodelin bildirib ki, qaçışın səmimi atmosferi onun xoşuna gəlib. O deyib: "Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq çox xoş idi".
Arzu edənlərin hamısı qaçışda iştirak edib. Üç nəfər qalib Bakıda keçiriləcək ilk Avropa oyunlarına dəvətnamə alıb. Dəvətnamələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib. Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.
Nazir televiziya kanalına verdiyi müsahibədə bildirib ki, belə idman yarışlarını öz şəhərində qəbul etmək dünyanın istənilən şəhəri üçün çox əhəmiyyətlidir. O deyib: "Belə tədbirlər təkcə şəhərin infrastrukturunu deyil, həm də onun sakinlərinin mentalitetini dəyişir".
Süjetdə qeyd olunur ki, bu təqdimat Kannda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB