İyulun 25-dən 27-dək Bakıda, "Sərhədçi" İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsi keçiriləcək. Azərbaycan Güləş Federasiyasından (AGF) bildiriblər ki, sayca 7-ci dəfə keçiriləcək yarışda dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançı iştirak edəcək.
AGF yarışın hazırlıqlarını davam etdirir. Təşkilat Komitəsinin üzvləri müəyyənləşmiş və tədbirlər planına uyğun olaraq işlərin icrasına başlanılıb. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB