Dünya çempionu kim olacaq? ARGENTİNA, yoxsa ALMANİYA

Dünya çempionu kim olacaq? ARGENTİNA, yoxsa ALMANİYA

Bu gecə futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulacaq. Həlledici görüşdə Almaniya və Argentina yığmaları üz-üzə gələcək. Final oyununu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verirlər. Almaniya çempion olacağı təqdirdə Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşəcək.

Qeyd edək ki, Almaniya - Argentina oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

13 iyul

"DÇ-2014"ün finalı

00:00. Almaniya - Argentina

Baş hakim: Nikola Ritsoli (İtaliya)

"Marakana" stadionu. Rio de Janeyro

Bütün xəbərlər Facebook səhifəmizdə