Vüqar Həşimovun xatirəsinə həsr olunmuş daha bir beynəlxalq turnir keçiriləcək
İyulun 24-də tanınmış Azərbaycan şahmatçısı, mərhum Vüqar Həşimovun anadan olmasının 28-ci ildönümü tamam olur. Bununla əlaqədar 12 yaşadək uşaqlar arasında beynəlxalq şahmat turniri start götürəcəkdir. Vüqar Həşimov memorialının açılış mərasiminin mərhum şahmatçımızın doğum günündə keçirilməsi planlaşdırılır. Beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən 100-dən çox şahmatçı mübarizə aparacaqdır. Yarışın ilk turu iyulun 25-də keçiriləcəkdir. Turnir avqustun 2-də başa çatacaqdır.
Doqquz turdan ibarət olacaq Vüqar Həşimov memorialının qalibi Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək hüququ qazanacaqdır. Qalib şahmatçı, eyni zamanda, Vüqar Həşimov kuboku ilə təltif olunacaqdır. Gümüş medalçı "Baku Open", bürünc mükafatın sahibi isə "Naxcıvan Open" turnirlərinə dəvət alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB