İyulun 12-19-da Yunanıstanın Retimno şəhərində VI Beynəlxalq açıq şahmat turniri keçiriləcəkdir. Turnirdə iştirak etmək üçün 150 şahmatçı, o cümlədən 15 qrossmeyster sifariş vermişdir. Azərbaycanı Azər Mirzəyev (2554) təmsil edəcəkdir. O, turnirdə Hindistan, Moldova, Ukrayna, Rusiya, İtaliya, Serbiya, Polşa və digər ölkələrdən olan şahmatçılar ilə mübarizə aparacaqdır.
İsveçrə sistemi ilə 9 turda keçiriləcək turnirin mükafat fondu 5 min avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB