"Barselona" istədiyi transferi reallaşdıra bilib. İspaniyanın "Barselona" futbol klubu İngiltərənin "Liverpul" komandasının uruqvaylı futbolçusu Luis Suareslə 5 illik müqavilənin bağlanması haqqında razılığa gəlib.
Bu barədə klubların rəsmi saytına istinadən məlumat verir.
Transferin məbləğinin 88 milyon avro deyilir.
Uruqvaylı ulduz gələn həftə Barselonaya gələcək və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
2011-ci ildən "Liverpul"un şərəfin qoruyan L.Suares 110 oyuna 69 qol vurub.
Qeyd edək ki, L.Suares yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB