Velosipedçilərimiz “Fenioux Piste International” kuboku turnirində iştirak edirlər
Fransada velosiped idmanının trek növü üzrə birinci kateqoriyalı "Fenioux Piste International" kuboku turniri keçirilir. Yarışda Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Fransa, Yeni Zelandiya, İtaliya, İspaniya və digər ölkələrin yığmaları, eləcə də Çexiyanın "Dukla", İsveçrənin "Ümumdünya Velosiped Mərkəzi" və digər komandalar mübarizə aparırlar.
Kişilər arasında keyrin üzrə yarışlarda yığma komandamızın üzvü Sergey Omelçenko 20 velosipedçi arasında dördüncü yer tutmuşdur. Final mərhələsində Fransa komandasının üç üzvü ilə mübarizə aparan velosipedçimizi fəxri kürsüdən cəmi 0,05 saniyə ayırmışdır. Komandamızın digər üzvü Maksim Buşmin isə yarımfinalda zədələnsə də, yenidən mübarizəyə qoşularaq finiş xəttini keçməyi bacarmış və 12-ci olmuşdur.
Qadın velosipedçilərimiz Olqa İsmayılova keyrin üzrə yarışlarda 6-cı, Yelena Pavluxina isə 3 min metr məsafəyə ötüşmədə 7-ci pillədə qərarlaşmışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB