Şahmat üzrə 89-cu Paris çempionatında altıncı turun görüşləri keçirilmişdir. Turnirdə 40 şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edir.
Altı turdan sonra hərəyə 4,5 xal toplayan Sergey Beşukov (Rusiya), Antoni Viriq (Fransa), İvan İvanişeviç (serbiya) və Sergey Fedorçuk (Ukrayna) liderdirlər. Üç şahmatçı yarım xal, 10 şahmatçı, o cümlədən N.Quliyev bir xal geri qalır.
N.Quliyev yeddinci turda qara fiqurlarla Fransa təmsilçisi Quentin Loiseau ilə gücünü sınayacaqdır.
Şahmat üzrə 89-cu Paris çempionatı İsveçrə sistemi ilə 9 turda keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB