Avropa çempionatında V turun görüşləri başa çatıb

Avropa çempionatında V turun görüşləri başa çatıb

Bolqariyanın Plovdiv şəhərində keçirilən şahmat üzrə qadınlar arasında 15-ci Avropa şəxsi çempionatında beşinci turun oyunları başa çatmışdır. Beşinci turda Azərbaycan təmsilçilərindən Xəyalə Abdulla Almaniya şahmatçısı Melanie Ohmeni, Gülnar Məmmədova rusiyalı Anna Styazkinanı, Günay Məmmədzadə isə İtaliya təmsilçisi Mariya Burunellonu məğlub etmişlər. Səbinə İbrahimova və Nərmin Kazımova isə rəqibləri ilə sülh bağlamışlar. Türkan Məmmədyarova, Aytən Əmrayeva, Nərmin Söyünlü və Nərmin Xələfova isə məğlubiyyətlə üzləşmişlər.

Beləliklə, beşinci turdan sonra Abdulla Xəyalə, Günay Məmmədzadə və Gülnar Məmmədova - hərəyə 3 xal, Səbinə İbrahimova, Türkan Məmmədyarova, Nərmin Kazımova – hərəyə 2,5 xal, Nərmin Xələfova - 2 xal, Aytən Əmrayeva – 1,5 xal, Nərmin Söyünlü və Nərmin Məmmədova isə 1 xal toplamışlar.

Turnirə rusiyalı Natalya Jukova, gürcüstanlı Nana Dzaqnidze və ukraynalı Valentina Qunina 4,5 xalla liderlik edirlər.

Çempionatda ilk 14 yeri tutan şahmatçılar dünya kubokuna vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə