Braziliya və Hollandiyanın DÇ 2014-də üçüncü yer uğrunda qarşılaşacağı oyunun hakiminin adı açıqlandı. SİA-nın xəbərinə görə, əlcəzairli Camel Haymudi idarə edəcək.
İyulun 12-sində baş tutacaq oyun hakimin bu mundialda idarə etdiyi dördüncü matç olacaq.
Xatırladaq ki, əlcəzairli hakim bundan əvvəl Avstraliya-Hollandiya (2:3), Kosta Rika-İngiltərə (0:0) və Belçika-ABŞ (2:1) oyunlarını idarə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB