Braziliya-Almaniya oyunu ilə bağlı ŞOK İDDİA

Braziliya-Almaniya oyunu ilə bağlı ŞOK İDDİA

Almaniya-Braziliya matçının fasiləsində almaniyalı futbolçular Braziliyaya daha çox qol vurmamaq barədə razılığa gəliblər. Bu iddia ilə İngiltərənin "Daily Mirror" qəzeti çıxış edib.

Almaniyanın müdafiəçisi Mats Hummelsin fasilədə futbolçuların Braziliyanı alçaltmamaqdan ötrü öz aralarında razılığa gəldiklərini söyləyib.

Belo Horizantedə keçirilən oyunda Braziliya Almaniyaya 1-7 hesabı ilə məğlub olub. Həmin oyunun fasiləsinə Almaniya yığması 0-5 hesabı ilə üstün yollanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə