Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında şahmat üzrə Avropa birinciliyi davam edir. Dünən dördüncü turun oyunları keçirilmişdir.
Avropa çempionatında dörd turdan sonra hərəyə 3,5 xal toplamış altı şahmatçı liderlik edir. Azərbaycan nümayəndələri arasında ən yaxşı nəticə göstərən qrossmeyster Türkan Məmədyarovanın aktivində 2,5 xal vardır.
Gülnar Məmmədova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nərmin Xələfova, Günay Məmmədzadə və Nərmin Kazımova hərəyə 2 xal, Aytən Əmrayeva 1,5 xal, Nərmin Məmmədova və Nərmin Söyünlü hərəyə 1 xal toplamışlar.
Bu gün, iyulun 10-da beşinci turun oyunları keçiriləcəkdir. T.Məmmədyarova qara fiqurlarla polşalı Karina Şepkovsko-Qorovskaya ilə qarşılaşacaqdır. Ölkəmizin digər təmsilçiləri aşağıdakı cütlüklərdə mübarizə aparacaqlar: X.Abdulla – Melani Oxma (Almaniya), S.İbrahimova – Kladuia Kulona (Polşa), G.Məmmədova – Anna Styajkina (Rusiya), G.Məmmədzadə - Marina Brunelli (İtaliya), N.Xələfova – Mixaela Sandu (Rumıniya), N. Kazımova – Karina Ambarsumova (Rusiya), A.Amrayeva – Tereza Olsarova (Çexiya), N.Məmmədova – Tatyana Şadrina (Rusiya), N.Söyünlü – Simoneta İvanova (Bolqarıstan).
Plovdivdə Avropa çempionatı iyulun 17-də başa çatacaqdır.
Turnirin mükafat fondu 60 min avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB