Bu il güləşçilərimiz vətənə 229 medal gətiriblər

Bu il güləşçilərimiz vətənə 229 medal gətiriblər

Azərbaycan güləşçiləri 2014-cü ilin ilk 6 ayı ərzində beynəlxalq yarışlarda 229 medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2014-cü il yanvarın 1-dən iyul ayının 1-nə qədər olan müddətdə güləşçilərimiz keçirilən beynəlxalq turnirlərdə ümumilikdə 229 medal qazanıblar. Bunların 47-si böyüklərdən, qalanı isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür.

Qazanılan medalların 80-i qızıl, 59-u gümüş, 90-ı isə bürünc medallardır. Qarşıda ilin hələ 6 ayının olduğunu da nəzərə alsaq, orta hesablamalara görə, idmançılarımızın qazanacaqları mümkün medalların sayı ötənilki göstəriciləri geridə qoyacağı gözlənilir.

Qeyd edək ki, 2013-cü ilin yekunlarına əsasən, iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda güləşçilərimiz ümumilikdə 92 qızıl, 71 gümüş və 135 bürünc medal qazanmışdılar.

2014-cü ilin ilk 6 ayı ərzində Azərbaycan güləşçilərinin beynəlxalq turnirlərdə və Avropa çempionatlarında qazandığı nəticələr:

Sərbəst

Yunan-Roma

Qadın

Ümumi

Qızıl

Gümüş

Bürünc

Qızıl

Gümüş

Bürünc

Qızıl

Gümüş

Bürünc

Yeniyetmələr

18

15

22

10

9

20

5

2

1

102

Gənclər

6

8

13

13

6

11

7

9

7

80

Böyüklər

13

5

5

2

3

7

6

2

4

47

37

28

40

25

18

38

18

13

12

229

105

81

43

Qızıl

Gümüş

Bürünc

Ümumi

Yeniyetmələr

33

26

43

102

Gənclər

26

23

31

80

Böyüklər

21

10

16

47

80

59

90

229

Bütün xəbərlər Facebook səhifəmizdə