Messi: “Uşaqlıq arzuma çatmaq istəyirəm”

Messi: “Uşaqlıq arzuma çatmaq istəyirəm”

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2014-ün yarımfinalında Hollandiya ilə oyunöncəsi açıqlama verib. FİFA-nın rəsmi saytına danışan ulduz futbolçu uzun illərdir xəyalı ilə yaşadığı dünya çempionu olmaq arzusunu həyata keçirmək üçün hər şey edəcəyini bildirib:

"Dünya kubokunu qazanmaq hər bir futbolçunun arzusudur. Mənim də bu arzum uşaqlıqdan dəyişməz olaraq qalır. "Barselona"da komanda yoldaşlarım olan Pike, Xavi və İnyesta dünya çempionluğu sevincini yaşayıb. Onlardan kuboku başları üzərinə qaldıranda hansı hissləri keçirdiklərini soruşmuşam. Onlar isə cavab vernəkdə çətinlik çəkib. Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, arzumuzu reallığa çevirək".

Qeyd edək ki, Argentina – Hollandiya oyunu sabah Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə